17.05.2018

"Cümhuriyyət kuboku"nun son turu keçirilib

    "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə  Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsi ilə birgə məktəblilər arasında "Xəmsə" milli intellektual oyunu üzrə "Cümhuriyyət kuboku" adlı turnirin son seçim turunu keçirib.
    Gənclər Mərkəzində keçirilən ikinci seçim turunda Quba rayonunun Alekseyevka, Qəcərzeyid, Ağbil, Qəçrəş, Qaraçay kənd və Qırmızı qəsəbə 1 saylı tam orta məktəblərinin təmsilçiləri iştirak edib. A qrupunun qalibi kimi Qırmızı qəsəbə 1 saylı tam orta məktəbinin "Akustika" komandası, B qrupunun qalibi kimi isə Alekseyevka kənd tam orta məktəbinin "Zəka" komandası qrup qalibləri kimi 23 may tarixində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb
.


Açar sözlər: ,