Quba rayon Barlı kənd tam orta məktəbində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tarix gecəsi keçirilib.
Məktəbin direktoru kollektivin, şagirdlərin, həmçinin valideynlərin də iştirak etdiyi tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti ili”çərçivəsində təhsil müəssisəsində silsilə maarifləndirici görüşlər və tədbirlər barədə məlumat verib, bu kimi tədbirlərin gənc nəslin milli şüurunun formalaşmasında müstəsna rolu olduğunu bildirib.
Tarix müəllimi Zivər Bayramova tədbirin əhəmiyyətindən danışıb, Azərbaycanın şanlı tarixə malik olduğunu faktlarla diqqətə çatdırıb.O, həmçinin Cümhuruyyət dövründə təhsil sahəsindəki islahatlardan söhbət açıb.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, mahnılar ifa olunub,səhnəciklər göstərilib.