Mayın 23-də Alekseyevka kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərinin əl işlərindən ibarət "Cümhuriyyət - 100" adlı rəsm sərgisinə baxış keçiriliblər.
Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən sənədli film nümayiş olunub. İştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şerlərdən ibarət kompozisiyalar təqdim olunub.