25.05.2018

Quba rayonunda "Ailə Günü" qeyd olunub

 

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilib.

    Ənənəvi olaraq keçirilən “Ailə bayramı” bu il Quba rayonunda keçirilib.Pespublikanın dord bir yanından Qubaya gələn ailələr tədbirdə böyük həvəslə iştirak edib,gətirdikləri əl işlərini, yaşadıqları bölgənin mətbəxini, şirniyyatlarını nümayiş etdiriblər.

    Qubada baş tutan “Ailə bayramı”nda  Quba rayonunun Təngəaltı kəndindən olan iki gəncin nigah mərasimi və xınayaxdı mərasimi keçirilib.Tədbirdə iştirak rdən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yeni evlənənləri təbrik edib, onlara gələcək həyat yollarında xoşbəxtlik arzu ediblər.

    Tədbirdə eyni zamanda ən uzunömürlü ailə və çoxuşaqlı ailə də qonaq kimi iştirak edib.

    Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.


Açar sözlər: