26.05.2018

İntellektual oyun keçirilib

Quba Şahmat məktəbində Nə? Harada? Nə zaman? Intellektual oyunu keçirilib

Quba rayonunda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba rayon Təhsil Şöbəsi və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında yeniyetmə və gənclərin iştirakı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilb. 

 Layihə eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.

I Nügədi kənd 1 saylı tam orta məktəbini təmsil edən “600+” komandası 16 xalla turnirin qalibi adını qazanıb. Amsar kənd tam orta məktəbinin “Qarabağ” və şəhər 4 saylı məktəb-liseyin “Liderlər” komandası 13 xalla müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. 

İlk 3 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanıb. 

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilib.


Açar sözlər: