Qubada Peşə lisesində məktəblilərin iştirakı ilə “Şən startlar” əyləncəli idman oyunu keçirilib.
Mayın 19-da Quba Rayon İcra Hakimiyyətinin və Quba rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhiriyyətinin yaranmasının 100-cü il dönümü “münasibətilə məktəblilərarası "Şən startlar" əyləncəli idman oyunu keçirilib.
Yarışmada Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev iştirak edib. Maraqlı keçən oyunda münsiflər heyyəti qalib komandaları müəyyənləşdirib.
Oyunun nəticələrinə əsasən şəhər 6 nömrəli tam orta məktəbin “Şən startlar” komandası 1-ci yerə, şəhər 4 nömrəli məktəb-liseyin komandası 2-ci yerə, Qaraçay kənd tam orta məktəbin komandası 3-cü yerə layiq görülüb.
Qalib komandalar “Diplaom”larla və qiymətli hədiyyələrlə təltif olunub.