01.06.2018

Təhsil Şöbəsində Şuranın növbəti iclası keçirilib

.

         İyunun 1-də Quba rayon Təhsil Şöbəsində Şuranın növbəti iclası keçirilib.

        İclasda Təhsil Şöbəsinin məsləhətçiləri, metodistləri, məktəb direktorları, direktor müavinləri iştirak edib. İclasda son bir ayda görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələrdən söhbət açılıb.

     Müəllimlərin yerdəyişməsi haqqında məlumat verən Təhsil Şöbəsinin müdir müavini P.Nurməmmədov eyni zamanda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu vaxtının artıq müəyyənləşdirildiyini iclas iştirakçılarının nəzərinə çatdırıb.

    Sonda çıxış edən Təhsil Şöbəsinin müdiri R.Hacıyev “Son zəng” tədbirlərinin keçirilməsi ilə əlaqədar öz tövsiyələrini məktəb rəhbərlərinin nəzərinə çatdırıb.