04.06.2018

İntellektual oyunun final mərhələsi keçirilib

İyunun 3-də “Hərb tariximizin intellektual oyunlarla təbliği” layihəsi çərçivəsində intellektual oyun keçirilib

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə icra edilən “Hərb tariximizin intellektual oyunlarla təbliği” layihəsi çərçivəsində keçirilən Nə? Harada? Nə zaman? turnirinin final mərhələsinin oyunları keçirilib.

Yarışda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmazdan olan 18 komanda mübarizə aparıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə icra olunan layihə həm də Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyinə həsr olunub.

Final mərhələsinin nəticələrinə əsasən Şabran rayon təmsilçisi “Çıraqqala” komandası turnirin qalibi adını qazanıb. Xaçmaz rayon təmsilçisi “Alter-ego” intellektləri ikinci, Quba rayon təmsilçisi “600+” biliciləri üçüncü yeri tutublar.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində xüsusi hazırlanmış kubok, medal, diplom və kitablar təqdim edilib.


Açar sözlər: ,  ,