07.06.2018

Sınaq imtahanı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu TİMSS 2019 Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının Pilot mərhələsinin keçirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.

Tədqiqatın Pilot mərhələsində ölkə üzrə 26 məktəbdən 850 nəfərdən çox 4-cü sinif şagirdi iştirak edir.

Bu məqsədlə 7 iyun 2018-ci il tarixdə Quba rayon Püstəqasım kənd tam orta məktəbində TİMSS 2019 pilot mərhələsinə aid imtahan keçirilib. İmtahanı Quba rayonu üzrə Təhsil Meneceri Yasəmən Cəbrayilova Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə həyata keçirib.

Sınaq imtahanında məktəbin 4 -cü  sinfinin 16 şagirdi iştirak edib.


Açar sözlər: ,