14.06.2018

Resbuplikanın bütün ümumtəhsil məktəblərində “Son səng” tədbirləri keçirilib

Rayonda  keçirilən tədbirlərdən biri də Quba şəhər H.Əliyev adına 1 nömrəlii  tam orta məktəbində baş tutub. Qeyd edək ki,  məktəbi  XI siniflər üzrə 39 nəfər, məzun IX siniflər üzrə 70 nəfər məzun bitirib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, qonaqlar,  məktəbin müəllimləri, şagirdlər  və valideynlər iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi və üçrəngli bayrağın meydana gətirilməsi ilə başlanılıb. Sonra məktəbin direktoru Yavər Musayeva tədbir iştirakçılarını salamlayıb, məzunları “Son zəng” və müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara gələcək həyatda uğurlar arzulayıb.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, digər qonaqlar və valideynlər çıxış edərək məzunlara işıqlı gələcək həyat yollarında atacaqları addımların uğurlu olmasını, ali  təhsil ocaqlarında yüksək bilik və bacarıq əldə etmələrini arzu ediblər. Çıxışlarında məzunlara tutduqları mövqeyindən asılı olmayaraq, müstəqil Azərbaycan Respublikasının  daha da çıçəklənməsi uğrunda əzmlə çalışmalarını arzu və tövsiyə ediblər.

Daha sonra məktəbin ictimai həyatında, fəal iştirak edən müsabiqələrdə və idman yarışlarında uğur qazanan bir qurup şagirdinə, eləcə də işində fərqlənən müəllimlərə  fəxri fərman və diplomlar təqdim edilib. Müəllim, şagird və valideynlərin həyəcanının aşkar olunduğu tədbirdə onbirincilər “Son zəng”in çalındığı günün daha yadda qalması üçün maraqlı çıxışlar təşkil ediblər. Məktəb həyatının ən yadda qalan günündə onlar doğma müəllimlərinə təşəkkürlərini bildirib, qədəm qoyduqları müstəqil həyatda onların qürur duyacaqları insanlar kimi yaşayacaqlarına söz veriblər.

Sonda on bir illik təhsillə əlvidanın rəmzi olan son zəng çalınıb.


Açar sözlər: ,  ,  ,