Quba şəhər Texniki Təmayüllü liseyin fəaliyyətə başlamasının 20 illiyi qeyd olunub.
Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi, vaxtikən liseyin şagirdləri olmuş, indi isə ölkədə və ölkədən kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsil alan, həmçinin rayonun müəssisə və idarələrində müəyyən vəzifələrdə çalışan məktəbin məzunları iştirak edib.
Yubiley tədbirində liseyin fəaliyyəti barədə məlumat verildikdən sonra, şagirdlər maraqlı musiqi nömrələri, rəqs, şeir və səhnəciklərlə çıxış edib, tədbir iştirakçıları liseylə bağlı xatirələrini bölüşüb, pedaqoji kollektivi yubiley münasibətilə təbrik ediblər.
Sonda liseyin bir qrup müəllimi və şagirdi Quba rayon Təhsil Şöbəsinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələri ilə təltif olunub.