22.06.2018

“Alovlu Qafqaz” festivalı keçirilib

Qubada “Uşaq və Gənclərin II Folklor, Rəqs və Yaradıcılıq Festivalı” keçirilib.

İyunun 22-də Quba şəhərindəki “Yaşıl teatr”da respublikamızın müxtəlif bölgələrindən, həmçinin Gürcüstandan və Şimali Osetiyadan olan yeniyetmə və gənclərdən ibarət rəqs və musiqi kollektivlərinin iştirakı ilə “Alovlu Qafqaz” adlı Uşaq və Gənclərin İkinci Folklor, Rəqs və Yaradıcılıq Festivalı keçirilib.

Festivaldan əvvəl iştirakçıların bir qrupunu Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qəbul edib.Daha sonra Festival iştirakçıları Quba rayon Təhsil Şöbəsində qonaq olub.Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Festival iştirakçılarını salamlayıb və onlara “Yardıcılıq Festivalı”nda uğurlar arzu edib.


Açar sözlər: ,