03.07.2018

Quba rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri buraxılış imtahanları veriblər

    İyulun 3-də Quba rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri buraxılış imtahanları veriblər.  İmtahanda  IX sinif üzrə 1940 şagird, XI sinif üzrə isə 1314 şagird iştirak edib.

    IX sinif şagirdləri ana dili və riyaziyyat olmaqla iki fəndən, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil olmaqla 3  fəndən imtahan veriblər.  Qeyd edək ki, IX sinif şagirdləri buraxılış imtahanını iki mərhələ şəklində veriblər.

    İmtahanda şagirdlər hər bir fənn üzrə 30 qapalı tipli test tapşırığı yerinə yetiriblər. Bundan əlavə, fərqlənmə attestatı almaq istəyən və təhsil göstəriciləri buna imkan verən XI sinif şagirdləri təqdim edilmiş mövzu üzrə esse yazıblar. İmtahanın müddəti XI siniflər üçün  2 saat 45 dəqiqə, IX siniflər üçün isə 1 saat 30 dəqiqə təşkil edib.


Açar sözlər: ,