10.07.2018

Festival iştirakçıları "Soyqırımı Memorial Kompleksi"ndə olub

    Təhsil Nazirliyinin dəstəyi ilə "Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalının -Azərbaycan, Rusiya (Çeçenistan və Şimali Osetiya-Alaniya Respublikaları), İran, Gürcüstan və Qırğızıstandan olan festival iştirakçıları Qubaya səfər ediblər.

    Səfər çərçivəsində 10.07.2018-ci il tarixində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər. Qonaqlara 1918-ci ildə cinayətkar erməni dəstələri tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumat verilib.


Açar sözlər: ,