03.09.2018

Rayonda modul tipli məktəblər quraşdırılır

 

    Yeni dərs ilinə hazırlıq çərçivəsində rayon ümumtəhsil məktəb binalarının yeni modul tipli məktəblərlə əvəzlənməsi istiqamətində işlər davam etdirilir. Quba rayon Cimi kənd 80 şagird yerlik modul tipli tam orta məktəb, Zıxır kənd 80 şagird yerlik modul tipli ümumi orta, Qarxun kənd 56 şagird yerlik modul tipli ümumi orta Çarxaçu kənd 56 şagird yerlik modul tipli ümumi orta, Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta, Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəblər quraşdırılır. Məktəblər əsasən sinif otaqları, müəllimlər otağı, sanitar qovşağı və digər təyinatlı otaqlardan ibarətdir.

    Qeyd edək ki, modul tipli məktəblər "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən quraşdırılır. 

  Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.


Açar sözlər: