05.09.2018

Quba rayonu təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

 

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev hesabat məruzəsində 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2017-2018-ci -ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. R.Hacıyev çıxışında Quba rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə  hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib. Təhsil Şöbəsinin müdiri ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işləri diqqətə çatdırıb.

R.Hacıyev bildirib ki, bu il Azərbaycanın təhsil sistemində “Keyfiyyət ili”nin elan olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədar Təhsil Nazirliyi tədbirlər planı təsdiq edib. Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və keyfiyyətə təsir edən digər sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Quba rayon Təhsil Şöbəsi həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirmiş və istiqamətləndirəcək.

Konfransda çıxış edən Təhsil Nazirliyinin ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Qarşıdan gələn” Bilik günü” münasibətilə təhsil işçilərini təbrik edən Aydın Əhmədov bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.

           Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, təhsil sahəsinə rayonun rəhbəri kimi önəm verdiyini və bu sahədə problemlərin həllinə yaxından kömək edəcəyini bildirib.


Açar sözlər: