08.09.2018

Rayon təhsil işçilərinin sentyabr konfransının bölmə iclasları keçirilib

              Sentyabrın 6 və 7-də Quba rayon təhsil işçilərinin sentyabr konfransının bölmə iclasları keçirilib

Məktəb direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, uşaq birliyi rəhbərləri və məktəb kitabxanaçılarının iştirakı ilə keçirilən iclaslarda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr müzakirə olunub, yeni tədris ilində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Fənlər üzrə bölmələrdə müəllimlərə fənn programında və dərsliklərdəki dəyişikliklər və əlavələr bildirilib, siniflər üzrə dərslik və proqramlar təhlil edilib, buraxılış imtahanlarının nəticələri nəzərə alınmaqla fənnin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.


Açar sözlər: ,