13.09.2018

Rayon ümumtəhsil müəssisələrində 26707 şagird təhsil alacaq

 

           Yeni tədris ilində Quba rayon ümumtəhsil müəssisələrində 26707 şagirdin təhsil alacağı proqnozlaşdırlır. 2732 şagird isə birinci sinifdə təhsil alacaq.

Rayon ümumtəhsil məktəblərinə 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqə isə 95 müəllim təyin olunub.

Yeni tədris ilinə hazırlıq çərçivəsində rayonun Cimi tam orta, Qarxun ümumi orta, Zıxır ümumi orta, Çarxaçu ümumi orta, Rük ümumi orta, Dərk ümumi orta, Alıc ibtidai məktəb binalarının modul tipli məktəblərlə əvəzlənməsi istiqamətində işlər davam etdirilir.

2018-2019-cu tədris ili üçün rayon ümumtəhsil məktəblərinə ümumilikdə 145 adda 115680 dərslik paylanılıb.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.


Açar sözlər: ,  ,