21.09.2018

Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib

 

    Quba rayon təhsil müəssisələrində(Qəşrəş, İqriq, Qaraçay, Üçgün, Təngəaltı, Səbətlər, Aşağı-Atuc, Çartəpə, Ərməki,şəhər 3, 7 saylı tam orta məktəblərdə) 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib.

    Tədbirlərdə Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.

    Tədbirlərdədə çıxış edənlər  sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd edib.

    Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarət olub.


Açar sözlər: ,  ,  ,