Qubada “Müsəlləh əsgərəm, mən də bu gündən” adlı məktəblilərin peyntbol üzrə hərbi vətənpərvərlik turnirinə yekun vurulub
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi olan "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihə çərçivəsində məktəblilərin peyntbol üzrə turniri çərçivəsində sonuncu tədbir keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Ayaz Qədirov layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclərin hərbi vətənpərvərik ruhunda tərbiyə olunması, hərbin sirlərini şagirdlərə əyləncəli oyunlar vasitəsilə təbliğ etməkdir.
Layihə rəhbəri qeyd edib ki, bu günə qədər Quba rayonunun 12 kənd məktəbində təhsil alan şagirdlərin iştirakı ilə 3 turnir keçirilb və müvafiq olaraq Qırmızı qəsəbə, Qəçrəş və Dağlı kən məktəblərinin komandaları hərbi bilikərini yarışda uğurla tətbiq edərək qalib adını qazanıblar.
Son turnirdə Quba rayonunun Qımılqışlaq, Hacıqayıb, və Küçeyi kənd məktəblərində təhsil alan məktəblilər mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışda Qımılqışlaq kənd ümumi orta məktəbinin “Vur, komandir!” komandası qalib adını qazanıb.
Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.
Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun 15 kənd məktəbinin 75 şagirdi iştirak edərək asudə vaxtlarını səmərəli keçirib, hərbi dərslərdə yiyələndikləri bilik və bacarıqlarını nümayiş etdiriblər.