02.10.2018

Şagirdlərimiz “Əlaçı” intellektual oyununun televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıblar

 

Quba rayon ümumtəhsil məktəblərindən 2 şagird –Əfsan Şıxməmmədov, Səmən Məmmədli “Əlaçı” intellektual oyununun ilk mərhələsində qalib olaraq, televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıblar.

            Azərbaycan Respublikasının Təhsil Nazirliyi və GameTV.az prodüsser mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” intellektual oyunun televiziya çəkilişləri 6-9 oktyabr tarixlərində Bakı Kristal Zalında (Cyristal Hall) baş tutacaq.

Qeyd edək ki, “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirakçılara 50 açıq sual təqdim olunub. Müvafiq sualları cavablandıran iştirakçılar çəkilişlərdə iştirak etmək hüququ qazanıblar.


Açar sözlər: ,