05.10.2018

Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

 

            Oktyabrın 5-də Quba Rayon İcra Hakimiyyətinin binasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon idarə, təşkilat rəhbərləri,  ümumtəhsil məktəblərinin direktorları və qabaqcıl müəllimləri iştirak edib.

            Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Z. Əliyev  müəllimləri bu gün münasibəti ilə təbrik edib, gənc nəslin tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin müstəsna rolu olduğunu dilə gətirib.

        Çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri R.Hacıyev respublikada müəllim nüfuzunun artırılması üçün görülən işlərdən, müəllim peşəsinin məsuliyyət və aliliyindən danışıb.

        Tədbirdə, həmçinin Quba rayon Ağsaqqallar Şurasının üzvü, qocaman pedaqoq S.Aslanov, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktoru professor Ə. Allahverdiyev, Möhüc kənd tam orta məktəbinin gənc müəllimi G.Yolçubəyli öz ürək sözləri ilə çıxış ediblər. Sonra bir qrup müəllim Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,  ,