04.10.2018

"Təhsilverənlərin bilik və bacarıqlarının artırılması" layihəsinə start verildi

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin Quba rayonundan qalib olmuş layihələrindən biri olan Quba rayonu II Nügədi kənd 3 saylı tam orta məktəbin müəllimi Cəbrayılova Yasəmən Tofiq qızının "Təhsilverənlərin bilik və bacarıqlarının artırılması" layihəsinin  avqust ayında təqdimatı keçirilib.

            Layihənin məqsədi 2015-ci ildən etibarən MİQ imtahanından keçərək işə qəbul olunmuş gənc müəllimlərə dəstək məqsədilə kurikulum və sinfin idarəedilməsi təlimlərinin keçirilməsi və rayonda gənc müəllimlər birliyinin təməlinin qoyulmasıdır.

Tədbirdə Quba RTŞ-nin müdiri Rüfət Hacıyev çıxış ederək layihəyə dəstəyinin bildirib, layihənin əhəmiyyətini  vurğulayıb.

            Daha sonra layihə rəhbəri layihə barədə geniş məlumat verərək bildirib ki, layihə üzrə 20 gənc müəllimin təlimlərə cəlb olunması nəzərdə tutulub.

Layihə çərçivəsində gənc müəllimlər üçün təlimlərə sentyabr ayından 20-dən etibarən start verilib.

Təlimlər oktyabr ayının sonuna kimi davam edəcək.

 


Açar sözlər: ,