22.10.2018

“Uzaq sahillərdə” kinofilminin nümayişi keçirilib

 Azərbaycan xalqının qəhrəman oğlu ,İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi ,Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin təhsil müəssisələrində qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin  F-495 nömrəli əmrinə əsasən   Quba rayon Təhsil Şöbəsi “Tədbirlər Planı”hazırlayıb.

”Tədbirlər Planı”na uyğun olaraq oktyabr 19-da Yeni Güləzi kənd tam orta məktəbində Sovet İttifaqı Qəhramanı Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” kinofilminin nümayişi keçirilib.

          Kinofilmin nümayişindən sonra dil-ədəbiyyat müəllimi Elməddin Nuriyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında daha ətraflı məlumat verib.

            Daha sonra şagirdlərlə birgə filmin müzakirəsi keçirilib. Kinofilmin nümayişi və müzakirəsi məktəbin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanıb.