Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktıblilərin debat klubu” adlı layihə çərçivəsində Quba rayonunun Qəçrəş kənd tam orta məktəbində təlim keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmək, araşdırmaq, nəticə çıxarmaq kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Tədbirdə çıxış edən Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev bu kimi layihələrin şagirdlərin natiqlik bacarıqlarının inkişafında, təhliletmə qabiliyyətlərinin yüksəlməsində əhəmyyətni qeyd edərək həm məktəbin müəlliminə bu nəcib təşəbbüsünə görə, həm də təhsil nazirliyinə bu ideyaya dəstək verdiyi üçün təşəkkürünü bildirib. Daha sonra 15 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə “Natiqlik bacarıqları”, “Debat, onun qaydaları”, "Spikerlik", "Arqument", "İnkar və təsdiq "kimi anlayışlar haqqında 2 günlük təlim keçirilib