Quba rayonunun təhsil müəssisələrində hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr- 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsininin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri Quba şəhər 4 nömrəli məktəb-liseydə keçirilib.”Hüquqlarımızı qoruyaq” başlığı altında keçirilən tədbirdə məktəbin psixologu A.Ağayeva, tərbiyə işləri üzrə direktor müavini G.Əmrahova, UBT rəhbəri V .Quliyeva çıxış edərək ölkəmizdə uşaqların hüquqlarının qorunması sahəsində görülən işlərdən söhbət açıb.
Sonda uşaq hüquqları sahəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb.