25.10.2018

ARB “Günəş”  Quba UGİM-nin qonağı olub

 

 Quba Uşaq Gənclər İnkişaf  Mərkəzinin  ARB “Günəş”ilə əməkdaşlığı davam edir.

Quba Uşaq Gənclər İnkişaf Mərkəzində payız fəslinin gəlməsi ilə əlaqədar yaradıcı dərnək üzvləri müxtəlif ağac yarpaqlarından herbarilər hazırlayırlar. Dərnək rəhbəri Səlimova Turuncun söylədiyinə görə uşaqların hazırladığı əl işləri digər dərnək üzvlərinin də marağına səbəb olub.

Bu yaxınlarda ARB “Günəş” uşaq televiziya verilişinin əməkdaşları dərnək üzvlərinin qonağı olub, onların hazırladığı herbarilər ilə tanış olaraq, onların fəaliyyəti haqqında sujet hazırlayıblar.


Açar sözlər: ,