Quba rayonu Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbdə şagirdlərin fəallığını artırmaq məqsədilə maraqlı üsullardan istifadə olunur.
Bunlardan biri də şagirdin müəyyən fənn üzrə dərsin müxtəlif mərhələlərində müəllimin əvəzinə dərs keçməsidir. Bu, məktəbdə şagirdin açıq dərsi adlanır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin söylədiyinə görə bu kimi üsullar şagirdlərdə həm liderlik bacarığını formalaşdırır, həm də dərsə marağı artırır. Belə dərslərdən birini də məktəbin 7-ci sinif şagirdi Günel Mustafayeva keçib. Günelin riyaziyyat müəllimi Aysel müəllim dərsdən razı qaldığını bildirib.
Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini, müəllimlər iştirak edib.