Fiziki məhdudiyyətli azyaşlıların təhsili və inteqrasiyası cəmiyyətin böyük problemlərindən biridir.
Artıq fiziki məhdudiyyətli uşaqlar digər yaşıdları ilə birlikdə məktəbdə təhsil almaq imkanı qazanıb.Bu məqsədlə bir neçə ildir ki, Quba rayon Təhsil Şöbəsində “Tibbi-pedaqoji-psixoloji komissiya” fəaliyyət göstərir. Həmin komissiyanın rəyinə əsasən Qubanın Qımıl-qışlaq kəndində 4 fiziki məhdudiyyətli uşaqdan 3-ü məktəbdə, 1-i evdə təhsilə cəlb olunub.
İnkluziv təhsilə keçid rolu oynayan xüsusi siniflərdə yalnız fiziki qüsurlu uşaqlar təhsil alır.
Gələcəkdə fiziki məhdudiyyətli şagirdlərlə işləyən müəllimlərin psixoloji və metodiki təlimlərə cəlb olunması nəzərdə tutulub.
Bu il Qubada rayon Təhsil Şöbəsində fəaliyyət göstərən komissiyanın rəyinə əsasən ümumilkdə 186 fiziki və əqli qüsurlu şagird təhsilə cəlb olunub.