Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-2018-ci illər üçün elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci Qrant müsabiqəsi"nin "Təbiət fənlərini situasiyalar üzərində öyrənək" layihəsinə start verilib. Layihəyə Quba məktəblərində çalışan fizika , kimya , coğrafiya fənlərini tədris edən müəllimlər cəlb olunublar.
Layihəyə rayonun ümumtəhsil müəsissələrində çalışan təbiət fənlərini tədris edən (Fizika , Kimya, Coğrafiya) diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər cəlb olunublar.
Layihənin təqdimatı seyabrın 1-də Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə baş tutub. Sentyabrın 10-dan başlayaraq təlim keçirilməyə başlayıb. Daha sonra təlimə cəlb olunmuş situasiya tapşırıq nümunələrinin hazırlanması tapşırılmış müəllimlərlə həftədə 1 dəfə görüşlər təşkil olunub. Həmin görüşlərdə müzakirələr və təqdimatlar təşkil olunub. Onlara layihənin məzmununa uyğun təlim keçirilməsi elan olunub. Hər bir fənn üzrə müəyyən edilmiş qrupa 20 saatlıq proqram əsasında 5 gün müddətində təlmlər keçirilir. Layihənin sonunda müəllimlər hər bir fənn üzrə situasiya tapşırqları hazırlayıb , bu tapşırılqar əsasında metodik vəsait təqdim edirlər.
Artıq layihə çərçivəsində müəllimlər situasiya tapşırıqlarının hazırlanmasına dair bilik və bacarıqlar əldə ediblər.
Layihənin rəhbəri Amsar kənd tam orta məktəbinin direktoru Bayramlı Habil Laçın oğlu bildirib ki, layihənin icrası 01 dekabr 2018-ci il tarixdə başa çatacaq.