29.10.2018

 Qızlar arasında futzal turnirinin final görüşləri keçirilib

Oktyabrın 27-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə Qubada  qızlar arasında  futzal turnirinin 1/4 , 1/2 və final görüşləri keçirilib.

Turnirdə uğurla mübarizə aparan Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbinin qızlardan ibarət  komandası 1/4 mərhələsində Quba 5 nömrəli tam orta məktəbin komandasını 1:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsində Ağbil kənd tam orta məktəbinin komandası ilə qarşılaşan Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbin komandası 4:0 hesabı ilə qələbə qazanaraq finalda oynamaq hüququ qazanıb. Ayşən Mirzəməmmədova 3 dəfə, Bənzər Fətullayeva 1 dəfə fərqlənərək böyük hesablı qələbəni təmin edib.

Final oyununda Dağlı kənd tam orta məktəbinin komandasına 0:1 hesabı ilə məğlub olan Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbin komandası turniri ikinci yerdə yekunlaşdırıb. Ən çox qol vuran Ayşən Mirzəməməmmədova (10 qol) turnirin ən yaxşı futzalçısı seçilib.

Turnirin qalibi adını isə Dağlı kənd tam orta məktəbinin komandası qazanıb.


Açar sözlər: ,  ,