30.10.2018

 Quba şəhər 2 nömrəli məktəb-liseydə "Dəyirmi masa" keçirilib

 

 

 

Məlum olduğu kimi, bu il Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür.

Hər il olduğu kimi, bu il də 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində respublikada “Uşaq hüquqları aylığı” elan edilib.

Aylıq çərçivəsində Quba Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhər 2 nömrəli məktəb-liseydə uşaqların fəal iştirakı ilə” Dəyirmi masa “keçirilib.

Tədbirlər ölkədə uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, uşaq hüquqlarının müdafiəsi və onların problemlərinin həlli məqəsdilə həyata keçirilir.