01.11.2018

Hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində maarifləndirici tədbir keçirilib

 

Oktyabrın 30-da Qımıl kənd “Diyarşünaslıq evi”nin əməkdaşlarının təşəbbüsü ilə A.Tahirov adına Qımıl kənd tam orta məktəbində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən “Diyarşünaslıq evi”nin direktoru Etibar Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində  belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Məktəbin şagirdləri vətənpərvərlik mövzusunda yazılmış kitablardan ibarət sərgidə nümayiş olunan əsərlər haqqında qonaqlara məlumat verib. Tədbir məktəblilərin hazırladığı kompozisiya ilə davam edib.


Açar sözlər: ,  ,