13.11.2018

Yubiley tədbiri keçirilib

 

 

Quba rayon Rustov kənd tam orta məktəbinin kimya müəllimi "Əməkdar müəllim" Şahlar Əmirovun anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov, rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev iştirak edib.

Tədbirin iştirakçıları Şahlar müəllimi andan olmasının 70 illiyi və pedaqoji fəaliyyətinin 44 illiyi münasibətilə təbrik edərək ona öz ürək sözlərini söyləyiblər.

Rustov kənd tam orta məktəbinin direktoru Könül Ağarzayeva Şahlar müəllimin pedaqoji fəaliyyətindən söz açıb. Daha sonra kollektivin  Şahlar müəllim üçün hazırladığı hədiyyəni – pedaqoji fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoalbomu ona təqdim edib.

 Sonda rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev  Şahlar müəllimi anadan olmasının 70 illiyi münasibətilə "Fəxri Fərman” ilə təltif edib.


Açar sözlər: ,