Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə “eTwinning Plus” layihəsi üzrə 12-14 noyabr 2018-ci il tarixlərində Qubada “Layihə əsaslı öyrənmə” mövzusunda Konfrans keçirilib.
Konfransın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində reallaşacaq təhsil layihələrində müasir tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə olan təcrübə mübadiləsi olub.
Tədbirdə müxtəlif ekspertlərin iştirakı ilə layihə əsaslı təhsil üzrə müxtəlif təlimlər keçirilib.
Konfransda Quba rayonunun 20 müəllimi ilə yanaşı digər bölgələrdən –Bakı və Sumqayıt şəhərlərindən, Göyçay, Şəmkir, Şirvan, Abşeron, İsmayıllı rayonlarından olan müəllimlər də iştirak edib.