Quba Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdlərlə görüş keçirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında geniş məlumat verib.
Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır.
Məktəblilər bu tur-aksiyada iştirak etdiklərinə görə sevinclərini ifadə ediblər.