15.11.2018

Xüsusi siniflərdə təhsil alan İstedadlı şagirdlər üçün imtahan keçirilib

 

Azərbaycan Respublikası təhsil nazirinin 11. 10. 2018-ci il tarixli 704 nömrəli “İstedadlı şagirdlər üçün xüsusi siniflərin təşkili “ barədə əmrinə əsasən 2018-2019-cu tədris ilində Quba şəhər 1 nömrəli tam orta məktəbdə VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün xüsusi siniflər təşkil edilib.

Noyabrın 14-də müvafiq əmrin 7-ci maddəsinə uyğun olaraq istedadlı şagirdlər üçün təşkil olunan xüsusi siniflərdə təhsil alan şagirdlərlə ixtisas fənləri (VII sinifdə riyaziyyat və informatika, VIII sinifdə fizika, kimya və biologiya) üzrə səviyyə müəyyənləşdirmə imtahanı keçirilib.

İmtahan 2-ci və 3-cü dərs saatlarında keçirilib.

İmtahanı yerlərdə Təhsil Nazirliyi tərəfindən təyin olunmuş təhsil meneceri Yasəmən Cəbrayilova həyata keçirib.

Xüsusi siniflərdə təhsil alan 7-ci sinif şagirdlərinə riyaziyyat və informatika fənlərinin hər birindən 20 sual olmaqla ümumilikdə 40 sual, 8-ci sinif şagirdlərinə isə fizika, kimya, biologiya fənlərinin hər birindən 20 sual olmaqla ümumilikdə 60 sual təqdim olunub./

               Nəticələr 22.11.2018-ci il tarixdə www.olimpiada.edu.az saytında elan olunacaqdır.


Açar sözlər: ,