Quba məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində "Qəbələ-Şəki-Zaqatala" istiqamətində ekskursiyada olub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ildən etibarən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərimizin Qəbələ, Şəki və Zaqatala rayonlarına 3 günlük səfəri başa çatıb.
Layihə çərçivəsində şagirdlərimiz olduqları rayonların tarixi memarlıq abidələri ilə tanış olub, rayonların görməli yerlərini gəziblər.
Tur zamanı şagirdlərimiz həmçinin Qəbələ şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” bilik yarışmasında iştirak edərək 10 rayonu təmsil edən 60 komanda içərisində I yeri əldə edib.
Bu münasibətlə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında qarşılanma mərasimi keçirilib, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tur-aksiya iştirakçılarını təbrik edib.