20.11.2018

Rayon ümumtəhsil məktəblərində "100 İlliyə 100 min ağac" aksiyası çərçivəsində ağaclar əkilib

         Noyabrın 17-dən Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.

Quba rayon ümumtəhsil məktəblərində də aksiya çərçivəsində 1000-ə yaxın ağac əkilib.Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilir.

Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir.


Açar sözlər: