29.11.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

        Quba rayon II Nügədi 1 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının qərəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub. Tədbirin sonunda Mehdi Hüseynzadənin həyatından bəhs edən “Uzaq sahillərdə” filmi nümayiş edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən məktəbin tarix müəllimləri Mehdiyev Şərif və İskəndərova Fidan  qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub  ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edən Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova və məktəbin direktoru Şəhla İskəndərova dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.

Tədbirdə həmçinin məktəblilərin təqdimatında Mehdi Hüseynzadənin şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən "Uzaq sahillərdə" filmindən səhnəciklər göstərilib.