30.11.2018

Quba rayonu Küpçal kənd ümumi orta məktəbində coğrafiya fənn gecəsi keçirilib

Quba rayonu Küpçal kənd ümumi orta məktəbində coğrafiya müəllimi Vüsalə Şıxbabayeva tərəfindən fənn gecəsi keçirilib.

         Gecədə coğrafiyaya aid məlumatlar, seirlər səsləndirilib, səhnəcik və rəqslər nümayiş etdirilib. Gecənin sonunda V-IX  sinif şagirdlərinin iştirakı ilə komandalararası yarış təşkil olunub. Fərqlənən şagirdlərə tərifnamələr verilib.

             Qeyd edək ki, gənc müəllim Vüsalə Şıxbabayeva Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi olan təhsil meneceri Yasəmən Cəbrayılovanın "Təhsilverənlərin bilik və bacarıqlarının artırılması" layihəsinin iştirakçısı olub. 


Açar sözlər: ,  ,  ,