04.12.2018

"Təhsil verənlərin bilik və bacarıqlarının artırılması” layihəsinə yekun vurulub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi "Təhsil verənlərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimlər yekunlaşıb, layihənin yekun tədbiri keçirilib.

Yekun tədbirdə Layihə rəhbəri Cəbrayılova Yasəmən layihənin əhəmiyyətindən, layihə çərçivəsində keçirilən tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Quba rayon rayon Təhsil Şöbəsinin Metodmərkəzinin direktoru Namik Hümbətov, şəhər 2 nömrəli  məktəb-liseyin direktoru Eynulla Camalov, layihənin eksperti Tofiq Cəbrayılov iştirak edib.

Çıxış edənlər “Təhsilverənlərin bilik və bacarıqlarının artırılması” layihəsinin əhəmiyyətindən söhbət açıb, layihənin uğurla başa çatmasını vurğulayıblar.

            Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.


Açar sözlər: ,  ,