05.12.2018

“Alovlu Qafqaz” adlı Uşaq və Gənclərin Yaradıcılıq festivalı keçirilib

            Dekabrın 1-də Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təsdiq olunmuş illik tədbirlər planına əsasən Sumqayıt Mədəniyyət Sarayında “Alovlu Qafqaz” adlı Uşaq və Gənclərin Yaradıcılıq festivalı keçirilib.

Tədbirdə qonşu Rusiya, Gürcüstan Respublikalarından olan rəqs qrupları ilə yanaşı Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Könül” rəqs qruplarının çıxışları maraqla qarşılanıb.

Sonda öz rəqs nömrələri ilə fərqlənən peşəkar kollektivlərə Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları və hədiyyələri təqdim olunub.


Açar sözlər: