Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin qalib olmuş "Təbiət fənlərini situasiyalarla öyrənək” layihəsi başa çatıb.
Layihənin yekunu olaraq iştirakçıalra sertifikatlar verilib. Layihə çərçivəsində layihə rəhbəri Habil Bayramlı ilə Quba müəllimlərinin birgə hazırladışı “Təbiət fənlərini situasiyalarda öyrənək” adlı metodik vəsait müəllimlərə təqdim olunub.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.