07.12.2018

“ Reproduktiv sağlamlıq, alkoqollu içkilərə və psixotrop maddələrə meylliliyin ağır nəticələri” mövzusunda dəyirmi masa keçirib.

Dekabrın 6-da Quba şəhər Texniki təmayüllü liseyin 2018-2019-cu tədris ili üçün ümumi təhsilin inkişafının prioritet inkişaf istiqamətləri üzrə fəaliyyət planına uyğun olaraq liseyin biologiya müəllimi Sevinc Mustafayeva “ Reproduktiv sağlamlıq, alkoqollu içkilərə və psixotrop maddələrə meylliliyin ağır nəticələri” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masada şagirdlər zərərli vərdişlərə tutulmamaq yolları haqqında, bu vərdişlərin onların sağlamlığı üçün necə fəsadlar törədəcəyi barədə məlumatlandırılıb.


Açar sözlər: ,  ,  ,