17.12.2018

Quba məktəbliləri  “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadasında iştirak edib

Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

           Tədbirdə “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadasnın iştirakçısı olan Quba şəhər 2 nömrəli məktəb-liseyin  şagirdləri Hümmətov Zəhra Bəxtiyar qızı, Məmmədov Nəzrin Natiq qızı, Ömərova Səma Şakir qızı, Sultanov Amani Nəsrulla oğluna sertfikatlar təqdim olunub.


Açar sözlər: ,  ,