Dekabrın 14-də Quba şəhər Texniki təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədovun təşkilatçılığı ilə liseydə “2018-2019-cu tədris ili üçün ümumi təhsilin inkişafının prioritet inkişaf istiqamətləri üzrə fəaliyyət planı”na uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin inkişafında rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tarix müəllimi Elxan Məmmədov şagirdlərə AXC-nin yaradılması, fəaliyyəti, görkəmli nümayəndələri haqqında geniş və ətraflı məlumat verib.
Tədbirdə iştirak edən 9-cu sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişaf tarixinə həsr olunmuş videoçarxı izləyiblər. Məruzələr və çıxışlar ətrafında müzakirələr aparılıb.