Dekabrın 15-də Təhsil Nazirliyi tərəfindən Quba rayonun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında buraxılış imtahanlarının 2-cı mərhələsi üçün sınaq keçirilib.
Sınaq imtahanında ümumilikdə 1786 nəfər şagird iştirak edib.
Sınaq imtahanı Azərbaycan və Rus bölmələri üzrə 3 fənndən (Azərbaycan dili (Rus dili), Riyaziyyat və Xarici dil (İngilis, Alman, Rus) ibarətdir.
Təlimata əsasən sınaq imtahanı üçün ayrılan ümumi vaxta 165 dəqiqə təşkil edilib. 30 dəqiqə hazırlıq, 135 dəqiqə isə sualların cavablandırılmasına ayrılıb.
Qeyd edək ki, sınaq imtahanı şəffaf və obyektiv keçirilib, heç bir qayda pozuntusuna yol verilməyib.