“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son illərdə yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirməklə yanaşı, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.