19.12.2018

Quba şəhər Texniki təmayüllü liseydə VIII siniflər arasında yarış keçirilib

              Dekabrın 18-də Quba şəhər Texniki təmayüllü liseydə VIII siniflər arasında yarış keçirilib.

2018-2019-cu tədris ili üçün ümumitəhsilin inkişafının prioritet inkişaf istiqamətləri üzrə fəaliyyət planına uyğun olaraq liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Dostuyeva Fəridə “Azərbaycan dili fənni üzrə şagirdlərin praktik bilik bacarıqlarının məlumatlılığının təkmilləşdirilməsini nümayiş etdirmək” məqsədilə bilik yarışı keçirib.

Yarış liseyin VIII sinifləri arasında keçirilib.Yarışın qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.